...

Ukraynalı politoloq: "Timoşenko qeydiyyatdan imtinadan piar-aksiya yaradıb"

Siyasət Materials 13 Avqust 2007 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı / , müxbir A.Qasımova/ Yuliya Timoşenko Bloku (YTB) Ukraynanın Milli Seçki Komissiyasının YTB-dən olan namizədləri xalq deputatı kimi qeydə almaqdan imtina etməsi ilə bağlı vəziyyətdən uğurla istifadə etdi və "inıformasiya qalmaqalı" qaldırdı.

Ukraynanın Mərkəzi Seçki Komissiyası avqustun 10-dan 11-nə keçən gecə növbəti parlament seçkilərində YTB-dən olan namizədləri xalq deputatı kimi qeydə almaqdan imtina edib. Belə bir qərarın verilməsinin səbəbi isə siyahıda namizədlərin yaşadığı yerin göstərilməməsidir. Düzəlişlər etmək əvəzinə YTB Mərkəzi Seçki Komissiyasının standartlarına cavab verməyən əlavə sənədlər göndərib. Qeydə alınmaqdan imtina edildikdən sonra isə YTB nümayəndələri bəyan ediblər ki, Ukraynanın Mərkəzi Seçki Komissiyasını məhkəməyə verəcəklər.

"YTB qeydə alınmaqdan imtina ilə bağlı vəziyyətdən yaxşı istifadə etdi və MSK-nın imtinasını özünə diqqəti cəlb etmək, rəqiblərini yanlış qənaətə gəlməkdə ittiham etmək və "informasiya qalmaqalı" qaldırmaq üçün siyasi vasitə hesab edirlər" - deyə Ukraynanın "Sofiya" Sosial Araşdırmalar Mərkəzinin direktoru Andrey Yermolayev hesab edir.

Onun sözlərinə görə, sənədlərə düzəliş edilməsi üçün cəmi bir gün lazım idi.

"Sənədlərdə ev ünvanını göstərmək tələb olunub, lakin orada yalnız yaşayış məntəqəsi göstərilib" - deyə Yermolayev bazar ertəsi telefonla Kiyevdən bildirib. Digər namizədlərin sənədləri düzgün qaydada tərtib olunub.

O hesab edir ki, Mərkəzi Seçki Komissiyasının YTB-dən olan namizədləri qarşıdakı parlament seçkilərində xalq deputatı kimi qeydə almaqdan imtina etməsi siyasi xarakter daşıya bilər. "Mən istisna etmirəm ki, MSK-nın qərarı siyasi motivlər daşıyır, bu, prezidenti koalisiyanın iştirakı olmadan seçkilərə başlamağa çağıran YTB-yə qarşı kiçik bir qisasdır" - deyə Yermolyev bildirib.

Timoşenkonun tərəfdarları bu gün YTB-dən olan namizədlərin Ukraynanın xalq deputatı kimi qeydə alınması tələbi ilə MSK-nın divarları yanında etiraz aksiyasına başlayıblar.

Timoşenko blokdan olan namizədlərin siyahısının qeydiyyata alınmasına etiraz edən MSK üzvlərini cinayət məsuliyyəti ilə hədələyib. Onu artıq prezident tərəfdarı olan Bizim Ukrayna - Xalq Özünümüdafiəsi bloku dəstəkləyib və YTB-nin siyahısının təcili olaraq qeydə alınmasını tələb edib.

"Belə bir vəziyyətdə mənim proqnozum belədir - tərəflərdən heç biri udmayacaq və çıxış yolu sadədir, əlavə sənədlər vermək və komissiyanı dolaşdırmaq yox, namizədlər barədə məlumatların verildiyi sənədlərdə tələb olunan informasiyanı qeyd etmək lazımdır. Eyni zamanda, siyasi qüvvələr tərəfindən MSK-nın fəaliyyətinə ciddi nəzarət olmalıdır ki, bir daha belə siyasi intriqalar olmasın" - deyə ekspert bildirib.

Xəbər lenti

Xəbər lenti