...

Tacikistanda Azərbaycan səfirliyi açılacaq

Siyasət Materials 13 Avqust 2007 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.İsmayılova/ Yaxın zamanlarda Tacikistanda Azərbaycan səfirliyi açılacaq. Belə bir qərar bazar ertəsi Bakıda Azərbaycan və Tacikistan prezidentlərinin görüşü zamanı qəbul olunub. Azərbaycan prezidenti İlham Əliyev görüşdən sonra bəyan edib ki, tərəflər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir, bütün məsələlər ilə bağlı bir-birini daim dəstəkləyirlər.

"Bizim çox möhkəm siyasi əlaqələrimiz var. İkitərfli əməkdaşlığa bizim verdiyimiz əhəmiyyətin göstəricisi səfirliyin açılması barədə qərardır və yaxın zamanlarda səfirlik işə başlayacaq" - deyə Azərbaycan prezidenti bildirib.

Tacikistan prezidenti ilə birgə mətbuat konfransında prezident Əliyev bəyan edib ki, Azərbaycan və Tacikistan arasında səmərəli və dinamik əməkdaşlıq dövrü başlayıır.

O ümid etdiyini bildirib ki, Tacikistan və Azərbaycanın bütün strukturları iqtisadi inteqrasiya ilə bağlı effektiv iş aparacaqlar. Bu nöqteyi-nəzərdən o Azərbaycan və Tacikistanın hökumətlərarası komissiyasının yaradılmasını vurğulayıb, bu barədə razılıq prezidentlərin görüşü zamanı əldə olunub. "Komissiya hər iki dövlətlərin biznes strukturları üçün əlverişli şərait yaratmaqla konkret layihələr üzərində işləməlidir" - deyə Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti