...

Müxalifət partiyalarının növbəti toplantısında müzakirə olunacaq mövzu müəyyənləşdirilib

Siyasət Materials 14 Avqust 2007 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Müxalifətin Məşvərət Məclisinin növbəti toplantısında müxalifətin beynəlxalq təşkilatlarla əlaqələrinə dair məsələ müzakirə olunacaq. Bu barədə çərşənbə axşamı Bakıda məlumat verən Müxalifətin Məşvərət Məclisinin üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib ki, növbəti görüş bir neçə gündən sonra keçiriləcək.

"Müxalifətin Məşvərət Məclisinin toplantıları ayda bir dəfə keçirilir. Növbəti toplantını Müsavat Partiyasının qərargahında Tərəqqi Partiyası təşkil edəcək. Toplantıda "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazovun müxalifətin beynəlxalq əlaqlərinə dair hazırladığı proqram müzakirə olunacaq" - deyə Əlizadə bildirib.

Onun sözlərinə görə, toplantıda Müsavat Partiyası sosial-iqtisadi və digər problemlərin həlli ilə bağlı özünün proqramları haqda məlumat verəcək. Müxalifətin Məşvərət Məclisində ASDP həmsədri Araz Əlizadə, Müsavat Partiyasının başqanı İsa Qəmbər, "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov, Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu, AMİP lideri Etibar Məmmədovun nümayəndəsi Əli Orucov və ADP sədri Sərdar Cəlaloğlu təmsil olunurlar.

Xəbər lenti

Xəbər lenti