...

Prezident seçkilərinə qədər Azərbaycanda bütün dairə seçki komissiyaları yeni binalarla təmin olunacaq

Siyasət Materials 14 Avqust 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Xaçmaz / Trend müxbir A.Qafarlı/ 2008-ci il prezident seçkilərinə qədər Azərbaycanda bütün dairə seçki komissiyaları yeni binalarla təmin olunacaq. Bu haqda çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir

Pənahov bildirib.

Xaçmazda şəhər dairə komissiyasının və Xudat kənd dairə komissiyaısının yeni binalarının açılış mərasimində iştirak edən Pənahov bildirib ki, bu ilin əvvəlindən 60 dairə seçki komissiyasında yeni binaların tikintisinə başlanılıb və onlardan 10 artıq istifadəyə verilib. Bunların üçü şimal bölqəsindədir.

Komissiya sədrinin verdiyi məlumata görə, fəaliyyət göstərən 125 dairələnin hər birinin mebel və texniki avadanlıqla təmin edilməsi üçün 1 milyon 500 min manat vəsait xərclənib.

Xəbər lenti

Xəbər lenti