...

Knessetin deputatı: Azərbaycan Yaxın Şərq münaqişəsi həllinin təminatçısı kimi çıxış edə bilər

Siyasət Materials 14 Avqust 2007 18:47 (UTC +04:00)
Knessetin deputatı: Azərbaycan  Yaxın Şərq münaqişəsi həllinin təminatçısı kimi çıxış edə bilər

Azərbaycan, Bakı,. " müx. S.Ağayeva/ Azərbaycan Yaxın Şərq prosesində təminatçı kimi çıxış edə bilər. "Əgər Azərbaycan Republikası belə bir təşəbbüslə çıxış edərsə, bu o deməkdir ki, ölkə şəraiti və fəaliyyətini qiymətləndirərək ümid edir ki, onun hər hansı bir şansı var" - deyə çərşənbə axşamı telefonla Təl-Əvivdən İsrail Knessetinin deputatı, beynəlxalq "Azİs" təşkilatnını rəhbəri İosif Şaqal bildirib.

"Biz belə bir təşəbbüslə çıxış edən hər bir ölkəni dəstəkləyirik" - deyə o bildirib. İsrail parlamentinin deputatının sözlərinə görə, sülh yolu ilə həll prosesinin rəsmi himayəçiləri BMT, Avropa Birliyi, ABŞ və Rusiyadır, və bu ölkələrə Misir, İordaniya və başqaları da qoşulub. O hesab edir ki, Azərbaycan da bu prosesə qoşula bilər.

"Əgər Azərbaycan Yaxın Şərq probleminin sülh yolu ilə həlli prosesinə sülhməramlı qüvvələr göndərə bilərsə mən bunu ağıllı hərəkət hesab edirəm" - deyə Şaqal bildirib.

Xəbər lenti

Xəbər lenti