...

Səfir: "İran prezidentinin Azərbaycana rəsmi səfəri ilə bağlı hazırlıq başladı"

Siyasət Materials 15 Avqust 2007 13:49 (UTC +04:00)
Səfir: "İran prezidentinin Azərbaycana rəsmi səfəri ilə bağlı hazırlıq başladı"

Azərbaycan, Bakı / Trend müx. S.Ağayeva/ İki ölkənin diplomatik kanalları vasitəsilə İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejatın Azərbaycana rəsmi səfərinə hazırlıq başlayıb.

Çərşənbə günü Trend ə Tehrandan telefonla məlumat verən Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov bildirib ki, səfərin avqustda gerçəkləşdirilməsi planlaşdırılır, konkret tarixlər hələlik dəqiqləşdirilir. Azərbaycanlı və iranlı diplomatlar hazırda səfər proqramı üzərində və səfər zamanı imzalanması nəzərdə tutulan sənəd layihələri üzərində işləyirlər.

İran prezidentinin səfəri Azərbaycan prezidentinin 2005-ci ildə İrana rəsmi səfərinə cavabdır.

Əhmədinejat artıq iki dəfə Azərbaycanda olub. Bu səfərlər işgüzar xarakter daşıyıb. Ötən il İran prezidenti Bakıda keçirilən EKO sammitində iştirak edib. Naxçıvanda Əhmədinejat Azərbaycan prezidenti ilə birgə muxtar respublikaya nəql olunan təbii qaz xəttinin açılışına həsr olunmuş tədbirdə iştirak edib.

Naxçıvanda görüş zamanı İlham Əliyev iranlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət qəbul olunub.

Xəbər lenti

Xəbər lenti