...

ATƏT Gürcüstanın hava məkanın pozulması ilə əlaqədar vəziyyətin araşdırılması üçün xüsusi nümayəndə təyin edib

Siyasət Materials 18 Avqust 2007 12:31 (UTC +04:00)
ATƏT Gürcüstanın hava məkanın pozulması ilə əlaqədar  vəziyyətin araşdırılması üçün xüsusi nümayəndə təyin edib

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Avqustun 6-da tanınmayan təyyarənin Gürcüstanın hava məkanını pozması hadisəsi ilə əlaqədar vəziyyətin aydınlaşdırılması üçün ATƏT Gürcüstana xüsusi nümayəndə təyin edib. Bu barədə ATƏT-in mətbuat üçün açıqlamasında göstərilib. Tanınma nişanları olmayan təyyarə avqustun 6-da Rusiya tərəfindən Gürcüstanın havca məkanını pozaraq partlamayan bomba atıb. Rusiya təyyarənin Rusiya HHQ-yə məxsus olduğunu təsdiq etməyib. Beynəlxalq Komissiyanın rəyincə tanınmayan təyyarə Gürcüstanın hava sərhədini üç dəfə pozub. Bomba qalıqları dərhal Gürcüstan tərəfindən məhv edilib.

İspaniyanın xarici işlər naziri, ATƏT sədri Migel Anxel Moratinos Xorvatiyanın keçmiş xarici işlər naziri Miomira Zuzulanı Gürcüstana xüsusi nümayəndə təyin edib. Növbəti həftə vəziyyətinin daha detallı şəkildə aydınlaşdırılması üçün Zuzula Gürcüstan və Rusiyaya səfər edəcək.

Xəbər lenti

Xəbər lenti