...

Prokurorluğ qurumlarında əlavə 25 ştat yaradılıb

Siyasət Materials 21 Avqust 2007 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Prokurorluğun dövlət ittihamının müdafiəsini həyata keçirən müvafiq qurumlarının strukturunda əlavə 25 ştat yaradılıb. Bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində baş prokuror Zakir Qaralov məlumat verib. Qaralov bildirib ki, Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin tərkibində Birinci instansiya məhkəmələrində, apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbələr təsis edilib. İdarənin və onun tərkibində yeni yaradılmış və fəaliyyət göstərən şöbələrin kadr tərkibi təcrübəli prokurorluq əməkdaşları hesabına yenidən formalaşdırılıb, onlardan 35.5 faizi ilk dəfə bu quruma təyinat alan prokurorluq əməkdaşları olub.Dövlət ittihamının müdafiəsi üzrə struktur qurumlarda nizam-intizam yaradılması, əsassız apellyasiya və kassasiya protestlərinin verilməsi hallarının, yol verilə biləcək qanunsuzluq və pozuntuların qarşısının qabaqcadan alınması, onları doğuran səbəblərin aradan qaldırılması üçün nəzarət mexanizmi yaradılması zəruri hesab olunub.

Baş Prokuror "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında" əmr imzaladığını vurğulayaraq dövlət ittihamçılarından təcrübədə bu sənədlərin müddəalarını tətbiq etmələrini vacib sayıb.

Xəbər lenti

Xəbər lenti