...

Vətəndaş və İnkişaf Partiyası dövlət qeydiyyatına alındı

Siyasət Materials 24 Avqust 2007 13:52 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyası dövlət qeydiyyatına alındı

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Vətəndaş və İnkişaf Partiyası (VİP) dövlət qeydiyyatına alındı. Bu barədə Trend ə cümə günü partiyanın sədri Əli Əliyev məlumat verib.

Partiya ötən ilin yanvarında təsis olunub. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq, partiyanın dövlət qeydiyyatına alınması yubanırdı. Buna etiraz olaraq VİP Ədliyyə Nazirliyinə qarşı məhkəmədə iddia qaldırdı. Şikayət əsasında iki dəfə məhkəmə iclası təyin olunsa da, heç birində cavabdeh tərəf iştirak etməyib. Buna görə məhkəməyə hazırlıq iclasları təxirə salınıb. Növbəti məhkəmə iclası cümə günü təyin olunmalı idi.

Lakin partiya rəhbərliyi bu gün - avqustun 24-də Ədliyyə Nazirliyinə dəvət olunub və onlara VİP-in rəsmən dövlət qeydiyyatından keçirilməsi barədə məlumat verilib.

Əliyev Ədliyyə Nazirliyinin Notariat və Dövlət Qeydiyyatı Baş İdarəsinin rəis müavini Sübhi Məmmədovla görüş keçirib. Partiyanın müvafiq qeydiyyat sənədləri ona təqdim olunub.

VİP müxalifəti təmsil edən "Azadlıq" blokunun üzvüdür.

Azərbaycanda dövlət qeydiyyatı olmayan siyasi partiyalar bütün seçkilərdə öz adı ilə iştirak edə bilməz. Həmçinin həmin partiyaların beynəlxalq təşkilatlarla da əlaqələri məhdud olur. Bu və digər səbəblərə görə dövlət qeydiyyatından keçmək siyasi partiyalar üçün önəmlidir.

Xəbər lenti

Xəbər lenti