...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozublar"

Siyasət Materials 29 Avqust 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri çərşənbə axşamı və çərşənbə günlərinin müxtəlif saatlarında arəşkəsi pozublar. Bu barədə çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, son iki gün ərzində erməni hərbçiləri Azərbaycanın Ağdam rayonunun Çıraqlı, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycanın üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Ermənistan Silahlı Qüvvələri həmçinin Noyenberyan rayonunun Dovex kəndinin 3,7 km şərqində yerləşən mövqelərindən Qazax rayonunun yaxınlığındakı Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini də atəşə tutublar.

Atəşkəsin pozulması zamanı itki qeydə alınmayıb, düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti