...

Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altında daha iki cəsədin yeri müəyyənləşdirilib – Əlavə olunub

Siyasət Materials 30 Avqust 2007 12:41 (UTC +04:00)
Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altında daha iki cəsədin yeri müəyyənləşdirilib – Əlavə olunub

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altında daha iki cəsədin yeri müəyyənləşdirilib. Trend in müxbirinin hadisə yerindən verdiyi məlumata görə, bu barədə FHN-nin nümayəndəsi Cahangir Qulamov bildirib.

Avqustun 28-də çərşənbə axşamı Bakıda Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində yerləşən 16 mərtəbəli bina uçub. İlkin məlumatlara əsasən binanın uçmasının səbəbləri tikinti zamanı təhlükəsizlik qaydalarının kobud pozulması olub. Son rəsmi məlumatlara görə, qalıqlar altından çıxarılan həlak olmuş insanların sayı 10-ə çatıb.

Fövqəladə Hallar Nazirliyi ilə Bakı İcra Hakimiyyəti "Mütəfəkkir" şirkəti tərəfindən inşa edilən üç binada yoxlamalara başlayıblar. Bina çərşənbə axşamı Bakıda uçan 16 mərtəbəli bina sözügedən şirkət tərəfindən inşa olunmuşdur. Bu barədə cümə axşamı Yasamal rayonu icra hakimiyyəti rəhbərinin müavini Səməd İslamov məlumat verib.

İcra hakimiyyətinin nümayəndəsinin sözlərinə görə, yoxlanılacaq binalar "Mütəfəkkir" şirkəti tərəfindən Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində, uçan binanın yaxınlığında yerləşir. İslamov dəqiq ünvanları açıqlamaqdan imtina edib.

Eyni zamanda, yaxınlıqda "Afina" MTK şirkəti tərəfindən inşa etdirilən binaların yoxlanılması həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti