...

Rusiya Bakıda uçan bina ilə əlaqəsi olması haqqında məlumatı təkzib edir

Siyasət Materials 30 Avqust 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir A.Qasımova/ Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov Azərbaycan KİV-nin Bakının mərkəzində tikilməkdə olan çoxmərtəbəli binanın uçması ilə Rusiyanın əlaqəsi olması haqqında yaydığı məlumatları təkzib edib.

Avqustun 28-də, çərşənbə axşamı Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində "Mütəfəkkir" şirkətinin tikdiyi 16 mərtəbəli bina uçub. İlkin versiyalara görə, binanın uçmasının səbəbi tikinti zamanı texniki təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması olub. Rəsmi məlumatlara görə, tikintinin qalıqları altından çıxarılan həlak olan insanların sayı 12 nəfərdir.

"Zerkalo" qəzetinin jurnalistləri məqalədə belə nəticə çıxarıblar ki, bu faciəli hadisənin arxasında prezident seçkiləri öncəsi Azərbaycanda vəziyyətin qeyri-sabit olmasında maraqlı olan Rusiyanın maraqları durur. Bu cür məqalə adi jurnalist etikasından kənara çıxmaq kimi dəyərləndirilir. Qəzet bu faktı Rusiyanın Azərbaycana de-fakto müharibə elan etməsi ilə əlaqələndirir. Öz bəyanatımla mən azad sözün əleyhinə çıxmıram, lakin çərçivə olmalıdır" - deyə səfir jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın "Zerkalo" qəzetində avqustun 30-da dərc olunmuş məqalədə göstərilir ki, jurnalist təhqiqatı nəticəsində çoxmərtəbəli binanın uçmazdan iki gün əvvəl peşəkar kamera ilə çəkilməsi faktını müəyyənləşdirmək mümkün olub. Bu barədə yaxınlıqdakı mağazaların satıcıları bildirib. Onlardan biri "Zerkalo" qəzetinin müxbirinə bildirib ki, xarici görkəmindən slavyana oxşayan 25-30 yaşlarında bir gənc bir saatdan artıq müxtəlif rakurslardan binanın çəkilişini aparıb.

Mənbə bildirib ki, cins şalvar və idman köynəyi geyinən bu adam binanı bayır tərəfdən çəkdikdən sonra çəkilişi obyektin damından davam etdirib. Şahid həmçinin bildirib ki, video operator hadisə yerinin yaxınlığındakı daşınmaz əmlak satışı üzrə ofislə də əlaqə saxlayıb.

Qəzet xəbər verir ki, dağılmış binanın yaxınlığındakı evlərin bəzi sakinləri iddia edirlər ki, bina uçmazdan bir həftə öncə bütün məhəllə sakinləri arasında bu binanın ən yaxın günlərdə uçacağı ilə bağlı güclü şayiələr dolaşıb.

"Əlbəttə, biz özümüzü və oxucu kütləsini qəsd barədə fikirlərə inandırmaq istəmirik. Lakin heç kəs üçün sirr deyil ki, Azərbaycan məlum güc mərkəzlərinin daimi geosiyasi çəkişmələri üçün predmetdir və buna görə də, seçkiqabağı dövrdə xarici ölkələr tərəfindən idarə olunan hakimiyyətdaxili qruplaşmaların gizli və aşkar mübarizə meydanına çevrilir" - deyə qəzet yazır.

"Necə olsa da qarşıdakı seçkilər - ciddi şeydir. Qədim paytaxtdakılardan da kimsə 2003-cü ilin təkrarlanmasını çox istəyir. Minimum (maksimum isə hakimiyyətə öz adamlarının gətirilməsidir) Azərbaycan ali hakimiyyətinin Kremldən asılılığı elə həddə çatdırılsın ki, bu yol Şimali Azərbaycanın müstəmləkəyə çevrilməsinə aparsın. Beləliklə, nəhayət unudulmaz "Ruslar müharibə istəyirlərmi" sovet mahnısında verilən suala cavab vermək vaxtıdır..." - deyə "Zerkalo" yazır.

Xəbər lenti

Xəbər lenti