...

Tyrkiyə səfiri: Gülün prezident seçilməsi AB-yə inteqrasiyada bir şansdır

Siyasət Materials 30 Avqust 2007 20:38 (UTC +04:00)
Tyrkiyə səfiri: Gülün prezident seçilməsi AB-yə inteqrasiyada bir şansdır

Azərbaycan, Bakı / Trend müxbir S. İlhamqızı/ Abdulla Gülün Türkiyə prezidenti seçilməsi Türkiyənin Azərbaycanla münasibətlərində və Avropa Birliyinə inteqrasiyasında bir şansdır. Bunu çərşənbə axşamı Türkiyə Respublikasının Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu bildirmişlir.

"O xarici siyasəti gözəl bilir, xarici dövlətləri yaxşı tanıyır. Belə bir insanın başçı olması bütün türkdilli dövlətlər üçün uğurludur" - deyə türkiyəli diplomat bildirib. Azərbaycanla mynasibətlər isə, Qarslıoğlunun fikrincə, hər zaman mükəmməl olacaq.

Yeni prezidentin seçilməsinin Türkiyə-Ermənistan münasibətlərinə təsirindən danışan səfir Ermənistanı "beynəlxalq qaydaları tanımayan bir ölkə" adlandıraraq, "bizim münasibətlər əvvəlki kimi qalır" deyib.

Xəbər lenti

Xəbər lenti