...

Prokuror köməkçisi qanunsuz narkotik maddə saxladığı üçün həbs olunub

Siyasət Materials 31 Avqust 2007 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Qobustan rayon prokurorunun köməkçisi qanunsuz narkotik maddə saxladığı üçün həbs olunub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəru Vüqar Əliyev cümə günü Trend ə bildirib ki, prokuror köməkçisi Həsən Məmmədov Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun xidməti otağından narkotik maddə olan heroin götürülüb.

Ona qarşı Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları saxlama) maddəssi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti