Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Bazar ertəsi Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahimin jurnalistlərə verdiyi məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Litva və Polşa XİN rəhbərləri ilə görüşüb.
Nazirlərin ikitərəfli görüşü zamanı Azərbaycanın Polşa və Litva ilə münasibətlərinin geniş spektri müzakirə olunub.
İbrahiminin sözlərinə görə, bu gün Məmmədyarovun Estoniya və Çexiya XİN-in rəhbəri, AB-nin komissarı Benito Ferrero-Valdner ilə görüşləri planlaşdırılıb. Günün ikinci yarısında nazirin Brüsseldə ATƏT-in Minsk qrupunun rusiyalı və fransalı həmsədrləri ilə görüşləri keçiriləcək.
İbrahimin sözlərinə görə, görüşdə amerikalı həmsədrin iştirakı gözlənilmir.
Azərbaycan XİN-in nümayəndəsi Ermənistan xarici işlər naziri Vardan Oskanyanın da vasitəçilərlə görüş keçirəcəyini istisna etməyib. Qeyd edək ki, Məmmədyarov AB-nin Yeni Qonşuluq Siyasəti çərçivəsində keçirilən konfransda iştirak edir.