...

Parlamentarilər Aİ və Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Siyasət Materials 6 Sentyabr 2007 12:49 (UTC +04:00)
Parlamentarilər Aİ və Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Fransa, Strasburq / Trend , müxbir A.Məhərrəmli/ Avropa İttifaqı və Azərbaycan arasında münasibtlərin inkişafı məsələləri sentyabrın 12-də Avropa İttifaqı-Azərbaycanın Parlament Əməkdaşlığı Komitəsinin Bakıda keçiriləcək iclasında müzakirə olunacaq.

İclasda Əməkdaşlıq və Tərəfdaşlıq müqaviləsi və Avropa Qonşuluq siyasəti çərçivəsində Azərbaycan -Avropa İttifaqı əməkdaşlığının mövcud durumu, energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Parlament Əməkdaşlığı Komitəsinin məlumatında belə deyilir.

Bundan başqa, iclasın gündəliyinə Azərbaycanda siyasi vəziyyət və konstitusiya məsələləri, 2008-ci ildə keçiriləcək prezident seçkiləri, demokratik islahatlar, insan haqları və əsas azadlıqlar, söz və mətbuat azadlığı, məhkəmə sisteminində islahatlar, Azərbaycanın davamlı inkişaf sahəsində götürdüyü öhdəlik məsələləri daxil edilib.

İqtisadi inkişaf, ətraf mühitin qorunmasına dair regional mərkəzin gələcək fəaliyyəti, sosial məsələlər və yoxsulluğun azaldılması, Dağlıq Qarabağ münaqişəsi, Aİ ilə Azərbaycanın enerji məsələlərinə dair tərəfdaşlıq, Xəzər və Qara dəniz hövzəsində enerji təhlükəsizliyi üzrə müzakirələr gündəlikdə duran məsələlər sırasındadır.

Aİ - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin yeddinci iclası 2006- ci ilin dekabr ayının 13 -14- də Strasburqda keçirilib. Komitəyə Avropa Parlamentinin üzvləri və Azərbaycan Respublikası Milli Məclisinin deputatlari daxildirlər.

Xəbər lenti

Xəbər lenti