...

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri həbsdə olan jurnalist Eynulla Fətullayevlə görüşüb

Cəmiyyət Materials 12 Sentyabr 2007 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri həbsdə olan jurnalist Eynulla Fətullayevlə görüşüb.

Komitə sədri Elçin Behbudov Trend ə bildirib ki. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Fətullayevin saxlanma şəraiti, səhhəti, ona qarşı işgəncə faktlarının olub-olmaması ilə maraqlanıb.

Fətullayev saxlanma şəraitindən, səhhətindən narazılıq bildirməyib.

Behbudovun sözlərinə görə, Fətullayevə həftədə bir dəfə, bir saat müddətində idman zalında idmanla məşgul olmağa imkan yaradılır.

Baş redaktora mütəmadi "Exo" və "Zerkalo" qəzetləri verilir.

Fətullayev ötən həftə Avropa Şurasının İnsan haqları üzrə Komissarı Tomas Hammerberqin onunla 2 saat görüşdüyünü bildirib.

"Qarabağ gündəliyi" adlı məqaləsində Xocalılıları təhqir etməkdə ittiham olunan "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin baş redaktoru Fətullayev aprelin 20-də Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında iddiası əsasında, Bakının Yasamal rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Baş redaktor məqalədə öz adından heç bir fikir verməyini və  dərc edilən fikirlərin onun müsahiblərinə məxsus olduğunu deyib.

Aprelin 20-də Fətullayev Bayıldakı 1 saylı İstintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasına köçürülüb.

Mayın 16-da MTN Cinayət Məcəllsinin terororçuluqla hədələmə (214.1-ci) maddəsi ilə cinayət işi açıb. Sonradan ona qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması və vergidən yayınma maddələri ilə ittiham elan olunub.

Behbudov həmin gün təcridxanada saxlanılan Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktoru, politoloq Rövşən Novruzoğlu ilə də görüşüb.

Novruzoğlu Komitə sədrinə görüşlə bağlı mətbuata açıqlama verməyə icazə verməyib.

Novruzoğluya qarşı Cinayət Məcəlləsinin hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma(320.1-ci), bilə-bilə saxta sənədlərdən istifadə etmə (320.2-ci ), vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə(310-cu) maddələrilə iş qaldırılıb.

Bakı Şəhər İcra hakimiyyətinin Baş Prokurorluğa təqdim etdiyi sənədlər əsasında, Novruzoğlu barəsində Nəsimi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Novruzoğlu özünü baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin və prokurorluğun əməkdaşı kimi təqdim edərək, dələduzluqla məşğul olub.

Xəbər lenti

Xəbər lenti