...

Azərbaycanın xalq rəssamı Sara Manafovanın xatirəsinə sərgi hazırlanır

Cəmiyyət Materials 17 Sentyabr 2007 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / "TrendLife" , müxbir Eldar Hüsenyzadə/ Sentyabrın 22-də "Abşeron" qalereyasında açılış mərasimi planlaşdırılır. Bu haqda "TrendLife"a qalereyanın direktoru Eldəniz İbrahimov xəbər verib. Sərgidə 37 rəssamın 40 əsəri nümayiş etdiriləcək. Sərgi xalq rəssamı Sara Manafovanın xatirəsinə həsr ediləcək. Sərgidə onun işləri ilə yanaşı, Kamal Əhmədin, Baba Əliyevin, İsmayıl Məmmədovun, Altay Hacıyevin və başqalarının işləri də nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti