...

Azərbaycanlı döyüşçü Fərid Mansurov dünya çemipionatnın dörddə bir finalına vəsiqə qazanıb

Cəmiyyət Materials 17 Sentyabr 2007 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın yunan-roma güləşi üzrə döyüşçüsü Fərid Mansurov ( 66 kq) Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən dünya çempionatının dörddə bir finalına vəsiqə qazanıb.

Trend in verdiyi məlumata görə, 8/1 finalda Afina olimpiya çempionu birinci mərhələdə 6:0 hesabı ilə qələbə qazanaraq isveçli Cimmi Samuelseni məğlub edib. İkinci mərhələdə də Fərid yeddi il bundan əvvəl Movkvada keçirilən Mundialda məğlub olduğu skadinaviyalıdan qisas alaraq qələbə çalıb. İndi onun dörddə bir finalda rəqibi macar Tomaş Lorins olacaq, lakin hər halda xalça sahibi öz olimpiya lisenziyasını təmin edib. Eyni zamanda Rövşən Bayramov( 55 kq) dörddə bir finalda Yun-Çol Parka məğlub olub, lakin "Bürünc" uğrunda mübarizə aparmaq şanslarını saxlayır.

Xəbər lenti

Xəbər lenti