Azərbaycan, Bakı, 18 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Adıgözəlzadə Moskva Dövlət Filarmoniyasının skripka ifaçısı Dmitriy Koqan ilə sentyabrın 27-də Bakıda konsert proqramı ilə çıxış edəcək. Filarmoniyanın mətbuat-xidmətindən "TrendLife"a verilən məlumata görə, konsert Mistislav Rastropoviçin xatirəsinə həsr olunacaq. Konsert proqramına Venyavsonun "Əfsanə" və "Polonez" əsərləri daxil edilib.