...

Müğənni Sevda Ələkbərzadə: "Mən bu xəbəri Moskvada eşitdim!"

Cəmiyyət Materials 20 Sentyabr 2007 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr / "TrendLife" , müxbir Vüqar Vüqarlı/ Bu yaxınlarda prezident İlham Əliyev mədəniyyət nümayəndələrinin bir qismini əməkdar artist fəxri adı ilə təltif edib. Onların arasında "Rast" qrupunun keçmiş üzvü Sevda Ələkbərzadənin də adı çəkilir. Bu barədə "TrendLife" müğənninin təəssüratlarını öyrəndi:

"Mən Müslüm Maqomayevin ad gününə dəvət almışdım. Bu barədə orada öyrəndim. Bu xəbəri mənə ilk kim deyib, bu, sirr olaraq qalsın. Bircə onu deyə bilərəm ki, bu fəxri adla ilk dəfə Moskvada çıxış etdim".

Xəbər lenti

Xəbər lenti