...

Məhkəmə Gəncə Şəhər Yol Polisi Şöbəsinin rəisinin ölümündə təqsirləndirilən şəhər sakininin cəzasını ağırllaşdırdı

Cəmiyyət Materials 21 Sentyabr 2007 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Məhkəmə Gəncə Şəhər Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə təqsirləndirilən Zabit Kazımovun cəzasını ağırllaşdırıb.

Gəncə şəhər Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya protesti və zərərçəkənin napellyasiya şikayəti təmin olunmayıb.

Kazımovun vəkili Nərminə Məmmədova cümə günü Trend ə bildirib ki, apellyasiya protestində və şikayətində Kazımovun əməlinin Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsi ilə tövsif edilməsi xahiş olunurdu.

Vəkilin sözlərinə görə, məhkəmənin qərarı ilə Kazımova ehtiyatsızlıqdan adam öldürməyə və xuliqanlığa görə 6 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Məhkəmə qərarı ilə razılaşmayan vəkil bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Kazımov istintaqda Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsi ilə ittiham olunurdu.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə isə onun əməlini Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi il tövsif edərək Kazımovu 3 il müddətində azadlıqdan məhrum edib. Digər təqsirləndirilən Məmmədov isə 2 il şərti azadlıqdan məhrum edilərək məhkəmə zalından azadlığa buraxılıb.

Zabit Kazımov işinə Gəncə şəhər Apellyasiya Məhkəməsində baxılmasına etiraz olaraq sentyabrın 3-dən başladığı aclığı iki gün öncə dayandırıb.

Kazımov məhkəmənin ona münasibətdə qərəzli olduğunu və zərərçəkmişin, prokurorluğun maraqlarını müdafiə etdiyini iddia edir.

Xəbər lenti

Xəbər lenti