...

Azərbaycanın qadın sərbəst güləşçisi Sona Əhmədli bürünc medal uğrunda mübarizə aparacaq

Cəmiyyət Materials 22 Sentyabr 2007 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın qadın sərbəst güləşçisi Sona Əhmədli ( 59 kq) H.Əliyev adına İdman-Konsert Kompleksində keçirilən dünya çempionatının bürünc medalı uğrunda mübarizə aparmaq hüququ əldə edib.

Trend in verdiyi məlumata görə, xalça sahibi birinci döyüşdə almaniyalı Stefani Qrossa təslim olub. Almaniyalı rəqibin finala qədər irəliləməsi sayəsində, Sona bürünc medal uğrunda yarışmaq hüququ əldə edib. Bürünc medala gedən yolda onun ilk rəqibi kanadalı Britani Laverdur olacaq. Cütlüyün qalibi Monqolustan təmsilçisi Dorj Narmandakla qarşılaşacaq. Bu çəki dərəcəsi Olimpiya çərçivəsində deyil, ona görə də, idmançılar yalnız medal uğrunda yarışacaqlar.

Eyni zamanda, Y.Radkeviç ( 55 kq) mundialda qazaxıstanlı Olqa Smirnovaya qarşı keçirdiyi ilk çıxışını məğlubiyyətlə başa vurub. Onun rəqibi növbəti görüşdə yaponiyalı Saori Aşidoya məğlub olduğuna görə, Yuliya yarışı vaxtından əvvəl başa çatdırıb.

Xəbər lenti

Xəbər lenti