...

Kinorejissor Ramiz Həsənoğlu: "Qarabağ mövzusuna kütləvi maraq, kinoya xeyirdən çox ziyan vurur"

Cəmiyyət Materials 24 Sentyabr 2007 13:10 (UTC +04:00)
Kinorejissor Ramiz Həsənoğlu: "Qarabağ mövzusuna kütləvi maraq, kinoya xeyirdən çox ziyan vurur"

Azərbaycan, Bakı, 24 sentyabr /müx. "TrendLife" Eldar Hüseynzadə/ Tez-tez belə bir ifdə eşidirik: vətənpərvərlik mövzusunda kinolar lazımdır. Bu mövzu ilə əlaqədar "TrendLife" xaliq artisti, tanınmış kinorejissor Ramiz Həsənoğlunun fikrini öyrənmək istədi. Və ona belə bir sualla müraciət etdi: "Azərbaycan kinosunda Qarabağ mövzusu necə açılır? Ümumiyyətlə, buna ehtiyac varmı?"

Ramiz müəllim sualımızı belə cavablandırdı: "Qarabağ mövzusu əlbəttə ki, kinoya hardasa təsir edir. Son on ildə demək olar ki, Qarabağ mövzusunda kino çəkilib. "Cavid həyatı" və Mehriban Ələkbərzadənin "Məhkumlar" filmini çıxmaq şərti ilə. Düşünürəm ki, bütün janrlar yaxşıdır. Tək vətənpərvərlik mövzusunda deyil, bütün mövzularda olan filmlər çəkmək lazımdır. Lakin kinonun inkişafı üçün ilk növbədə şəxsi işlərdən ibarət bazar lazımdır. Belə ki, elə kino çəkmək lazımdır ki, özünü doğrultsun. Hazırda Allaha çox şükür ki, bizim kino dövlətin maliyyə dəstəyinə söykənib. Gələcəkdə isə kinomuz öz gücümüzə inkişaf etməlidir ki, dünya bazarında özümüzü göstərə bilək".

Xəbər lenti

Xəbər lenti