...

Azərbaycanın xalq artisti İlhamə Quliyeva: "Mənim ixtiyarım olsaydı, Elton Conu heç vaxt Bakıya dəvət etməzdim"

Cəmiyyət Materials 24 Sentyabr 2007 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 senytabr /müx. "TrendLife" Amal Rübai/ Azərbaycanın xalq artisti İlhamə Quliyeva "TrendLife"a Elton Conla bağlı belə bir açıqlama verib. "Mənim ixtiyarım olsaydı, heç vaxt Elton Conu Azərbaycana dəvət etməzdim. Əgər dəvət etsəydim belə, o şərtlə dəvət edərdim ki, konsertdən yığılan pullar qaçqınlar və məcburi köçkünlərin hesabına keçirilsin". Bir az düşündükdən sonra isə müğənni əlavə etdi: "Bizə Elton Condan heç bir xeyriyyəçilik lazım deyil".

- Amma, Elton Con bütün dünyada məşhurdur?

- Bizim artistlər məşhurluqda heç də ondan geri qalmırlar. Xuraman və Fidan Qasımovanın, Arif Babayevin, Alim Qasımovun, Ağaxan Abdullayevin adlarını misal çəkmək olar. Əlbəttə, biz də çox istərdik ki, xaricdə konsert verək, təəssüflər olsun ki, buna müvafiq dəstək yoxdur. Elə olsaydı, ölkədən kənarda da Azərbaycanın əsl istedadlı insanlarını tanıyardılar".

Xəbər lenti

Xəbər lenti