...

Azərbaycanın rep ulduzu Elşad Xosenin narkoman olduğu təsdiqlənib

Cəmiyyət Materials 28 Sentyabr 2007 10:21 (UTC +04:00)
Azərbaycanın rep ulduzu Elşad Xosenin narkoman olduğu təsdiqlənib

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanın rep ulduzu Elşad Xose ev dustağı edilib. Bu barədə cümə günü Trend ə məlumat verən müstəntiq Bəhruz Məmmədov bildirib ki cümə axşamı Yasamal rayon məhkəməsində Xosenin vəkili Saleh Əliyevin verdiyi vəsatət əsasında reperin barəsindəki həbs qərimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərar çıxarılıb.

Müstəntiq həmçinin qeyd edin ki, narkoloyi rəyə əsasən Xosenin narkomaniya xəstəsi olduğu təsdiqlənib. Lakin onun özünə tənqidi münasibəti, narkotikadan zəhərlənmə əlaməti olmadığından narkomaniyadan Xosenin məcburi müalicəyə ehtiyacı olmadığı müəyyənləşdirilib.

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri bir neçə gün öncə Xosenin həbsdən azad olunması, barəsində ev dustağlığı qətimkan tədbirinin seçilməsi üçün daxili işlər nazirinə də müraciət etmişdi.

Xose bir müddət əvvəl Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Elşad Xose saxlanılıb və üzərindən narkotik maddə olan heroin tapılıb. Reper barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə 2 aylıq müddətə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti