...

Milli Məclisin deputatları: "Bürünc medallar və 2008-ci il Olimpiya oyunlarına qazanılmış lisenziya Azərbaycan gimnastikasının böyük uğurudur!"

Cəmiyyət Materials 28 Sentyabr 2007 15:25 (UTC +04:00)
Milli Məclisin deputatları: "Bürünc medallar və 2008-ci il Olimpiya oyunlarına qazanılmış lisenziya Azərbaycan gimnastikasının böyük uğurudur!"

Azərbaycan, Bakı / Trend / Komanda hesabında bürünc medallar və 2008-ci il Olimpiya oyunlarına qazanılmış üç lisenziya Azərbaycan idmançılarının Yunanıstanın Patras şəhərində keçirilən dünya çempionatında əldə etdiyi böyük uğurlardır.

Azərbaycanın gimnastika sahəsində liderlər hesab olunan Rusiya və Belarusdan sonra üçüncü yeri tutması dünya forumunda bizim ölkənin qazandığı tarixi nailiyyətdir. Aliyə Qarayeva, Dinara Gimatova, Anna Qurbanova və Zeynəb Cavadlı təkcə azərbaycanlıların deyil, həmçinin dünyanın 49 ölkəsindən olan azarkeşlərin alqışları altında çıxış ediblər.

Bununla yanaşı, Azərbaycan Çində keçiriləcək Olimpiya oyunlarına kifayət qədər vəsiqə qazanıb. İlk dəfə olaraq ölkə dörd ildən bir keçirilən əsas yarışmalarda gimnastikanın bütün növlərində fərdi turnirdə iki gimnast (Aliyə Qarayeva və Dinara Gimatova) və tərkibinə Vəfa Hüseynova, Anna Bitiyeva, Valeri Eqay, Alina Trepina, Anastasiya Praslova və Anastasiya Makarovanın daxil olduğu qrup yığması ilə təmsil olunur.

Azərbaycanın Gimnastika Federasiyasının nümayəndələri, məşqçilər və xareoqraflar gimnastlara böyük dəstək göstəriblər.

Gimnastlara dəstək göstərmək məqsədilə Azərbaycanın Yunanıstandakı səfirliyinin əməkdaşları başda diplomatik missiyanın rəhbəri Mirhəmzə Əfəndiyev olmaqla Patrasa gəliblər. Diplomat simvolik olaraq belə bir faktı qeyd edib ki, Pekində Olimpiya oyunlarına lisenziyalar dünyaya Olimipiya oyunlarını bəxş edən Yunanıstanda qazanılıb.

Ölkə gimnastlarını dəstəkləmək üçün Milli Məclisin deputatları, Milli Gimnastika Federasiyasının icra komitəsinin üzvü Rauf Əliyev və Eyvaz Qurbanov da gimnastları dəstəkləyən nümayəndə heyətinin tərkibinə daxil olub.

"Azərbaycan Avropa çempionatında qazandığı bürünc medala daha bir medal əlavə edib, lakin bu dəfə Yunanıstanda keçirilən dünya çempionatında" - deyə Əliyev bildirib.

"Mən qeyd etməliyəm ki, Azərbaycan yığması vəziyyətdən şərəflə çıxıb və komanda hesabında üçüncü yeri tutub. Bu, bizim ölkə və yığmamız üçün böyük uğurdur" - deyə Əliyev bildirib.

Gimnastların hazırlıq prosesi və idmançılara göstərilən böyük dəstək Milli Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın xidmətləri sahəsində baş tutub. 5 il ərzində Azərbaycanda gimnastikanın inkişaf etməsi federasiyanın prezidentinin xidmətləridir.

Gimnastika təkcə Bakıda deyil, ölkənin regionlarında da inkişaf edir və məşqçilərə və mütəxəssislərə əlavə seçim etməyə imkan yaradır.

Çempionata hazırlıq prosesinə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, ARDNŞ cəlb olunub.

Çempionat çox gərgin keçib ki, bu da Olimpiya oyunlarının daha da çətin olacağından xəbər verir. Bu səbəbdən də yığma Olimpiya oyunlarına qədər müxtəlif turnirlərdə çıxış etməli və yığmalar təşkil etməlidir.

Öz həmakarının fikirlərini həmçinin Eyvaz Qurbanov da bölüşüb və qeyd eib ki, yaxın iki il ərzində Azərbaycan dünyanın üçüncü mükafatçısına çevriləcək.

"Mən hesab edirəm ki, bizim gimnastika günü-gündən inkişaf edir. Bu dövlətin idmana böyük qayğı göstərməsi sayəsində mümkün olub" - deyə o bilirib.

Əgər Afinada ölkəni Anna Qurbanova təmsil edibsə, Pekinə iki gimnast, Aliyə Qarayeva və Dinara Gimatova gedəcək və üstəlik ilk dəfə olaraq biz daim coşğu ilə çıxış edən yığmanı Olimpiya oyunlarına göndəririk! Sözüm yoxdur, afərin!

Qeyd etmək istərdim ki, lisenziya əldə etmək hələ heç nə demək deyil. Bu yalnız Olimpiya oyunlarında iştirak deməkdir. Çempionatın bu qədər ağır və gərgin keçdiyini nəzərə alsaq, Pekində rəqabətin daha güclu olacağını demək olar. Buna görə də biz uğurla çıxış etmək və medal qazanmaq üçün hazır olmalıyıq.

Xəbər lenti

Xəbər lenti