...

Azərbaycan cüdoçusu Mehman Əzizov Dünya Super Kubokunda çıxışını isveçliyə qarşı mübarizə ilə başlayacaq

Cəmiyyət Materials 29 Sentyabr 2007 11:24 (UTC +04:00)

Hollandiya, Rotterdam / Trend , müxbir Z. Səfərov / Azərbaycan cüdoçusu Mehman Əzizov bir gün əvvəl Rotterdamda start götürən Dünya Super Kubokunda çıxışını İsveçdən olan Yonans Sandstremə qarşı mübarizə ilə başlayacaq.

Trend in verdiyi məlumata görə, 81 kq qədər çəki dərəcəsində, həmçinin, dünya çempionatının bürünc mükakfatçısı Elxan Rəcəbli tatamidə Qriqori Mamkirişvili ilə mübarizə aparacaq. Bu çəki dərəcəsində çıxış edəcək idmançıların sayı çox olduğundan, finala vəsiqə qazanmaq üçün idmançı kifayət qədər çox görüşlər keçirməli olacaq. Mehman yarışmanın favoritlərindən bir hesab olunur və o, dəfələrlə Rotterdamda keçirlən yarışmanın mükafatçısı olub.

Ramilə Yusubova da ( 63 kq) yarışmaya qatılacaq və birinci görüşdə Norveçdən olan Ester Murebo ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti