...

Prezident Aparatının şöbə müdiri: "Azərbaycanda texnikumların fəaliyyətində dəyişiklik ediləcək"

Cəmiyyət Materials 2 Oktyabr 2007 13:40 (UTC +04:00)
Prezident Aparatının şöbə müdiri: "Azərbaycanda texnikumların fəaliyyətində dəyişiklik ediləcək"

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycanda texnikumların fəaliyyətində dəyişiklik ediləcək. Bü cür təşəbbüslə çərşənbə axşamı ölkədə təhsil problemlərinə həsr olunan seminarda Azərbaycan Prezidenti İcra Aparatının humanitar məsələlər üzrə şöbə müdiri Fatma Abdullazadə çıxış edib.

"Bu gün texnikumlar Azərbaycan təhsil sistemində appendisit kimi bir şeydir və onu ləğv etmək lazımdır. Belə ki, o, dünya standartlarına cavab vermir" - deyə Abdullazadə bildirib.

Şöbə müdirinin sözlərinə görə, bu sistemdə struktur dəyişikliyi həyata keçirmək və texnikumların kolleclərə dəyişdirlməsinə nail olmaq lazımdır. Bu, bakalavrın birinci pilləsi ola bilər. Abdullazadənin bildirdiyinə görə, Azərbaycanın sosial inkişafı ölkənin hər bir regionunda bölgə üçün yüksək ixtisaslı kadrlar yetişdirən texniki-peşə təhsili müəssisələrinin yaradılmasını tələb edir.

Şöbə müdirinin yaxın zamanlarda ölkədə mövcud olan texnikumların fəaliyyətinin nəzərdən keçirilməsini tutan təklifini Azərbaycanın təhsil naziri Misir Mərdanov tam olaraq dəstəkləyib.

Ölkədə nə maddi-texniki bazası, nə də təhsil səviyyəsi tələb olunan standartlara cavab verməyən 200-ə yaxın texnikum və texniki-peşə təhsili məktəbləri fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti