...

Lənkəranda intiharlar artıb

Cəmiyyət Materials 4 Oktyabr 2007 11:33 (UTC +04:00)

Azərbaycan, Lənkəran/ Trend P.Əliyeva/ Lənkəranda cari ilin 9 ayında 14 nəfər intihar edib. Lənkəran şəhər Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin rəisi Rafiq Qasımov cümə axşamı Trend ə bildirib ki, intihar edənlərin 9-u kişi, 5-i qadın, 2-si yetkinlik yaşına çatmayan olub.

Son üç ayda isə Lənkəranda intihar edənlərin sayı 4 nəfər olub. Qasımov bildirib ki, intihar faktları ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 fakt artıb.

İntihar edənlərdən 12-si özünü asıb, 2-si isə yandırıb.

Qasımovun sözlərinə görə, rayonda intiharların əsas səbəbi kimi isə sosial problemlər, ailə münaqişələri, narkomaniya, işsizlik, güclü əsəb sarsıntılarını qeyd etmək olar.

Xəbər lenti

Xəbər lenti