...

Almaniyada daha bir Azərbaycan diaspor təşkilatı yaradılıb

Cəmiyyət Materials 4 Oktyabr 2007 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Berlin şəhərində "AZİZ-Almaniya Beynəlxalq Assosiasiyası" adlı Azərbaycan diaspor təşkilatı yaradılıb. Bu barədə cümə axşamı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Yeni yaranmış təşkilatın əsas məqsədləri Almaniyada yaşayan on minlərlə azərbaycanlını bir araya gətirmək, onların fəaliyyətini koordinasiya etmək, Azərbaycan və Almaniya arasında mədəni, elmi və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yardım göstərməkdir.

Konfransda xanım Yael Frankfurt "AZİZ-Almaniya" Beynəlxalq Assosiasiyasının sədri, Adil Bayramov təşkilatın direktoru, Rita Ağabayeva, Gülər Ağabayeva, Səbinə Bayramova, David Osipov, Viktoriya Şextman və Maya Taşlitskaya isə idarə heyətinin tərkibinə seçiliblər.

Konfransa Azərbaycan, İsrail, Belarus, Gürcüstan və digər dövlətlərin Almaniyadakı diplomatları, həmçinin Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının, Berlin şəhəri yəhudi icmasının nümayəndələri qatılıblar.

Xəbər lenti

Xəbər lenti