...

Cüdo üzrə dünya kubokunun iştirakçı komandaları oktyabrın 11-də gəlməyə başlayacaq

Cəmiyyət Materials 10 Oktyabr 2007 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Oktyabrın 13-də H.Əliyev adına İdman-Konsert Kompleksində start götürəcək cüdo üzrə dünya kubokunun iştirakçı komandaları Bakıya oktyabrın 11-də gəlməyə başlayacaqlar.

Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, məhz bu müddətdə Xorvatiya, Serbiya və digər ölkələrin idmançıları Bakıda olacaq. "Erkən gəlmə qonaqların iqlimə uyğunlaşması və lisenziya xalı qazandıracaq yarış öncəsi bir neçə təlim-məşq həyata keçirməsilə izah olunur" - deyə məşqçi bildirib.

O, həmçinin qeyd edib ki, artıq Gürcüstan, Ukrayna və Belarus yığmaları da yarışda iştiraklarını təsdiq ediblər. Hər çəki dərəcəsinin qalibi aktivinə 60 xal daxil edəcək, ikinci yerin sahibləri 34 xal, bürünc medalçılar isə 20 xal qazanacaqlar.

Xəbər lenti

Xəbər lenti