...

Azərbaycan müğənniləri uşaq evi sakinlərinə mənəvi dəstək oldular

Cəmiyyət Materials 15 Oktyabr 2007 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/. "ETA production", prodüser Nərminə Qafarova, müstəqil jurnalist Xanım Ağahüseynqızının və Qərb Universiteti tələbələrinin təşkilatçılığı ilə Bakının Şağan kəndində yerləşən "3 saylı ağıldan kəm" uşaq evinin balaca sakinləri yad edildi. TrendLife-ın dəstək verdiyi bu aksiya, sözün həqiqi mənasında, uşaqlara bayram hədiyyəsi oldu. Xeyriyyə tədbirinə yerli müğənnilərin də dəstək verməsi, uşaqların daha çox sevindirdi. Burada 156 uşaq tərbiyə alır. Onların 93-ü oğlan, qalanı isə qızlardır.Onların qayğısını 15 əməkdaş çəkir.

Gətirdikləri bayram sovqatlarıyla masaları bəzəyən Qərb Universitetinin Beynəlxalq Münasibətlər fakultəsinin "904 A" qrupunun tələbələri, bütün uşaqlara ayrı-ayrılıqda nəvaziş göstərməyi də unutmadılar. Gövhər Ağazadənin ərsəyə gətirdiyi tədbirdə, tələbə yoldaşları Fəqan, Ayna, Maya, Elçin, Səidə, Şamil, Aytən və başqaları da ürəkdən iştirak edirdilər. Gövhərin anası Mətanət və nənəsi Şükufə xanım da övladlarına dəstək olsun deyə, onu tək qoymadan, uşaqların sevinməsində müstəsna rol oynadılar. Əvvəldə qeyd etdiym kimi "ETA production"ın rəhbərləri - Anar və Elnurə Mədətovlar da bu aksiyaya qoşulub, öz xeyriyyəçilik missiyalarını uğurla sonadək davam etdirdilər. Aparıcısı olduğum konsert proqramı da uşaqların ürəyindən xəbər verdi. Sevilən ulduzlardan -Suli, Könül, Aynur, Turalın; musiqi qruplarından - "Şeron", "Tin Uşaqları" qrupunun solisti Sədrəddinin ifa etdiyi mahnıların sədaları altında, uşaqlar, bəs qədər əylənməyə müvəffəq oldular. Uşaq evinin sakinləri Amida, Muxtar və başqalarının oxuduqları mahnılar isə gələn qonaqları sözün yaxşı mənasında təəccübləndirdi.

Beləcə saatlarla davam edən aksiyaya xoş təəssüratlarla yekun vurub, uşaqlara hələlik deyərək, oranı tərk etdik. Amma siz də bu əziz günlərdə savab iş görmək istəyirsizinsə, yolunuzu mütləq belə uşaq evrlərin salsanız, pis olmaz. Baxmayaraq ki, onlar belə söyləyir - "Biz kimsəsiz deyilik". Təki, həmişə bu istəkləri çin olsun!

Xəbər lenti

Xəbər lenti