...

Azərbaycan əhalisi 0,8 faiz artıb

Cəmiyyət Materials 18 Oktyabr 2007 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan əhalisinin sayı bu ilin 9 ayı ərzində 71 min nəfər və yaxud 0,8 faiz artıb, cümə axşamı Trend ə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. Məlumata görə, hazırda əhalinin sayı 8 mln.603 min nəfərdir. Hesabat dövründə ölkədə 112.4 min, təxminən gündə 413 körpə doğulub. Onların 53,9 faizini oğlan, 46,1 faizini isə, qızlar təşkil edib. Körpələrin 1204-ü əkiz, 27-si isə üçəmdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə, əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 17,6-dan 17,7-yə. Ölənlərin sayı isə, 6,3-dən 6,5-ə qədər artıb.

Xəbər lenti

Xəbər lenti