...

ATƏT Azərbaycanı "Sərbəst toplaşma azadlığı" haqqında qanuna dəyişikliklər etməyə çağırır

Cəmiyyət Materials 19 Oktyabr 2007 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Ramazanova/ ATƏT Azərbaycanı "Sərbəst toplaşma azadlığı" haqqında qanuna dəyişikliklər etməyə çağırır. Bu barədə Bakıda ATƏT-in Baş Katibi Mark de Brişambo bildirib.

"ATƏT sərbəst toplaşma azadlığı barədə məsələni Azərbaycanın nəzərinə çatdırmaqda davam edir və digər təşkilatların marağını bu işə cəb edir" - deyə Baş Katib bildirib.

Ötən il Azərbaycan prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev 1998-ci ildə qəbul olunan "Sərbəst toplaşma haqqında" qanunun qiymətləndirilməsi məqsədilə, Venesiya Komissiyasına müraciət edib. Qanunun müzakirəsi məqsədilə bir sıra görüşlər keçirilib.

Venesiya Komissiyasının ekspetləri ekspertizadan sonra qərara alıblar ki, bu qanun toplaşma azadlığı haqqında konstitusiya hüququnun üzərində lazım olmayan nəzarəti həyata keçirir. Bu, əsasən, bu hüququn, ictimai asayişin pozulmaması şərtilə həyata keçirilməsini tələb edən bəndlərində təsbit olunub. Ekspertlərin fikrincə, dövlətin bu işə qarışmasına ehtiyac yoxdur.

Venesiya Komissiyası hesab edir ki, qanun lazım olmayan məhdudiyyətlər qoyur, proporsionallıq prinsiplərinə kifayət qədər əməl olunmur, dövlətin, təhlükəsizlyin təmin olunması məqsədilə müdaxiləsi faktı, qeyri-münasib şəkildə əks olunub.

Xəbər lenti

Xəbər lenti