...

Gəncə çayının məcrası yenidən qurulur

Cəmiyyət Materials 22 Oktyabr 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə çayının məcrasının yenidən qurulması üçün 46 milyon manat vəsait ayrılıb, bazar ertəsi jurnalistlərə şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev bildirib. Onun sözlərinə görə, təmir- bərpa işlərini tenderdə qalib gələn "Azərsənaye" Tikinti Açıq Səhmdar Cəmiyyətinin 3 saylı müəssisəsi həyata keçirəçək.

Quliyevin bildirdiyinə görə, hazrıda çayın sahil boyu ərazisində təmizlik işləri aparılır və ilkin olaraq, sahil bəndlərinin bərkitmə işləri aparılır.

"Təmir işlərinə mane olarsa, sahil boyu bir sıra iaşə obyektləri söküləcək"- Quliyev deyib.

Onun sözlərinə görə, sahil boyunca, yeni park massivi də salınacaq.

İşlərin görülməsi üçün avadanlıq və işçi qüvvəsi artıq çayın sahil boyuna toplanılıb.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti