Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lənkəran rayonuun Ruhi Xəstəliklər Dispanserinin qeydiyyatında olan xəstələrin 30 faizini 18-20 yaşında olan gənclər təşkil edir, çərşənbə axşamı Trend in bölgə müxbirinə dispanserin baş həkimi Maqsud Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda xəstəxanada 4 min 700 nəfər qeydiyyatdadır.
Bu ilin 9 ayında148 nəfər dispanser tərəfindən qeydiyata alınıb. Ötən ilin müafiq dövründə bu rəqəm 30 nəfər olub.
Lənkəran paytaxt Bakıdan 280 kilometr cənubda yerləşir.