...

Xalq artisti Rasim Balayev TrendLife-ın hədiyyəsini qazandı

Cəmiyyət Materials 25 Oktyabr 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

Yadınızdadırsa, TrendLife, Azərbaycan Milli yığması ilə Protulaqiya milli yığmasının Tofiq Bəhramov adına stadionda keçirilmiş futbol görüşündən öncə tanınmış mədəniyyət və incəsənət xadimləri arasında sorğu keçirmişdi. Məlumat üçün deyək ki, oyun 0:2 hesabı ilə portuqalların qalibiyyəti ilə sona çatmışdı. Biz də verdiyimiz vədə əməl edib, təsis etdiyimiz hədiyyəni qalibinə təqdim etdik. Onu da vurğulayaq ki, yarışma öncəsi ən doğru cavab verən, futbolsuz həyatanı təsəvvür etməyən xalq artisti, aktyor Rasim Balayev olmuşdu. Təsis etdiyimiz "futbol topu"nu aldığı ən dəyərli hədiyyələrdən biri hesab edən xalq artisti, həmin oyun və ümumilkdə Azərbaycan futbolunun bugünkü durumundan ürək ağrısıyla danışdı: "Əvvəla, istərdim ki, verdiyim proqnoq düz olmayaydı. Çünki, ən böyük istəyim odur ki, Azərbaycan futbolçularının sorağı dünyanın bütün yaşıl meydançalarından eşidilsin. Yığmamız hər birimzi pərişan etsə də, bir daha onlara uğurlar arzulayıram. O gün olsun ki, heyətində peşəkarlığı artıran Futbol üzrə yığma komandamızın qalibiyyət proqnozunu da yaxın illərdə məhz mənim--Rasim Balayevin dilindən eşidəsiniz".

Xəbər lenti

Xəbər lenti