...

Azərbaycan cüdoçusu : " Dözümsüzlük hərdən məni geri salır "

Cəmiyyət Materials 26 Oktyabr 2007 06:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Dözümsüzlük azərbaycan cüdoçusu Ramil Qasımovu hərdən geri salır.

"Mənim dözümlüyüm hələ ki, yüksək səviyyədə deyil, və hal hazırda məs bu komponentin yaxşılaşdırılması üzərində işləyirəm"-Olimpiadaya iddialılardan olan Qasımov ( 66 kq) Trend ə bildirdi.

Atlet qeyd etdi ki , yenə də üçüncü yer qazandığı Rotterdamdakı superkubokla müqayisədə , Bakıda döyüş keyfiyyəti daha yaxşı idi . " Dözümlüyümün hələ ki axsamasını nəzərə alaraq , döyüş taktikası bu cür təşkil olunur - mən rəqibə artıq görüşün debütunda qalib gəlməyə çalışıram . Bu alınmayan halda isə rəqibin şansları artır " - deyə Qasımov etiraf etdi .

Cüdoçü , həmçinin hesab edir ki , davam edən olimpiya marafonuna baxmayaraq , oyunlara düşmək üçün o yaxşı təməl qoyub .

Xəbər lenti

Xəbər lenti