...

Tiflisdə Azərbaycan və Gürcüstan atçıları arasında yarış keçiriləcək

Cəmiyyət Materials 26 Oktyabr 2007 14:08 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend , müxbir N.Kirtsxaliya/ Oktyabrın 26-28-də Tiflisdəki çıdır meydanında Azərbaycan və Gürcüstanın qadınlardan ibarət atçı klubları arasında yarış keçiriləcək.

Yarışın təşkilatçıları Beynəlxalq Atçılıq İdmanı Federasiyası və Gürcüstanın Milli Atçılıq İdmanı Federasiyasıdır. Baş sponsorlar "Tiflis hippodromu" və "Jokey-klub"dur.

Tədbirdə 26 at iştirak edəcək. Onlardan yeddisi Azərbaycan jokey klubuna məxsusudur.

Xəbər lenti

Xəbər lenti