...

Azərbaycanın "Musiqi dünyası" jurnalı radio- versiyada

Cəmiyyət Materials 26 Oktyabr 2007 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /müx. TrendLife Eldar Hüsenzadə/

"Musiqi dünyası" jurnalını artıq Azərbaycan Dövlət radiostansiyalarında dinləyə bilərsiniz. Bu haqda TrendLife-a radioversiya jurnalının aparıcısı Səadət Təhmirazqızı xəbər verib. "Veriliş ayda bir dəfə efirə çıxacaq. Həmin verilişdə mən və baş redaktor Tariyel Məmmədov jurnalda çıxan məqalələri müzakirə edəcəyik. Proqramda yazıların müəllifləri də iştirak edəcəklər."-deyən S. Təhmirazqızı fikrini tamamladı. Onu da qeyd edək ki, proqramın ilk buraxılışı bu bazar efirdə olacaq.

Xəbər lenti

Xəbər lenti