...

Teleradio Şurasının üzvü: "Azərbaycanda dini ayrıseçkiliyi təbliğ edən telekanalların fəaliyyəti dayandırılacaq"

Cəmiyyət Materials 30 Oktyabr 2007 13:34 (UTC +04:00)
Teleradio Şurasının üzvü: "Azərbaycanda dini ayrıseçkiliyi təbliğ edən telekanalların fəaliyyəti dayandırılacaq"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda dini və irqi ayrıseçkiliyi təbliğ edən telekanalların fəaliyyəti dayandırılacaq, çərşənbə axşamı Trend ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Qafar Cəbiyev bildirib. Onun sözlərinə görə, bununla bağlı telekanalların rəhbərlərinə məlumat verilib.

"Telekanallarda dini və irqi ayrıseçkiliyi təbliğ edən hallar baş verməsə də, ayrı-ayrı verilişlərdə buna oxşar faktlar qeydə alınıb və dərhal xəbərdarlıq edilib" Cəbiyev deyib.

"Televiziya və radio yayımı haqqında" qanunda terrorizm, zorakılıq, qəddarlıq, milli, dini və irqi ayrıseçkiliyin təbliği qadağan olunub.

Cəbiyev bildirib ki, bu cür halların baş verməməsi üçün Teleradio Şurası telekanallarda gedən verilişlər üzərində monitorinqini gücləndirib.

Xəbər lenti

Xəbər lenti