...

Azərbaycan müğənnisi Röya Ayxan : " Özüm də başa düşmürəm , müğənnilər niyə məşhurluğumu özlərinə deviz seçirlər ?"

Cəmiyyət Materials 31 Oktyabr 2007 06:47 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. TrendLife Ş. Cavadsoy/ Müğənni Röyanın gün keçdikcə artan nüfuzu sənət əhli arasında o qədər məmnunluqla qarşılanır ki, artıq sənətçinin özü də barəsində çəkilən misallardan bezar olduğunu dilə gətirir. Sözsüz ki, danışan həmkarlarının böyük əksəriyyəti, çox vaxt onun birinciliyə yeganə iddialı olmasını dırnaqarası sevinc kimi biruzə verirlər. "TrendLife"a ürəyini açan xanım Ayxan, məsələyə münasibət bildirərək, sənət yoldaşlarına belə səsləndi: "Sizin fikirlərlə iki əlli razıyam. Doğrudan elədir vallah . Özüm də başa düşmürəm , müğənnilər məşhurluğumu özlərinə deviz seçirlər ? İnanın tək qalanda çox vaxt bu sualla özümə tez-tez müraciət edirəm . Amma , paxıllığımı çəkənlərin , gözləri götürməyən bəzi bədxahlarımın acığına elə bil Tanrı məni daha yaxşı öz nəzəri altında qoruyur . Qurban olum Allaha , təki həmişə o, mənə yar olsun ".

Sənətindəki yeniliklərindən də danışan müğənni bildirdi ki , son günlərin ən çox dinlənilən " Evlisən " mahnısına klip çəkilişlərini bitirdikdən sonra , o, sevimli bəstəkarlarından olan Lalə Məmmədovanın daha bir bəstəsini dinləyicilərinə təqdim edəcək .

Xəbər lenti

Xəbər lenti