...

Azərbaycanın əməkdar artisti Nazpəri Dostəliyeva Kanadaya gedəcək

Cəmiyyət Materials 31 Oktyabr 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Müğənni Nazpəri Dostəliyeva Kanadaya gedəcək. Bu haqda məlumatı TrendLife-a Nazpəri xanım verdi. Onun sözlərinə görə, dünyanın dörd bir yanında konsert proqramı ilə çıxış etmək üçün ona vaxtaşırı təkliflər gəlir: "Bu gün müğənnilərin dilindən səslənən "konsert proqramı ilə çıxış edəcəyəm" sözləri çox adiləşib. Mən bu ifadəyə həmişə başqa prizmadan baxmışam. Mənə görə konsert vermək olduqca məsuliyyətli bir layihədir. Pərəstişkarlarım bilirlər ki, bu yaxınlarda İmişlidə məskunlaşan məcburi köçkünlərimiz - həmvətənlərimiz üçün konsert proqramılıyla çıxış etmişdim. İndi də bir neçə xarici ölkədən dəvət almışam. Xaricdə yaşayan soydaşlarımızın bu təklifləri mənə görə çox əzizdir. Çünki, qürbətdə yaşayan doğmalarımızın qarşısında belə tədbirlərlə çıxışımız çox vacibdir. Onların bizə ehtiyacı var. Ancaq bir niyyətim var: Azərbaycanın bölgələrində konsert vermək. Ona görə də əvvəl öz yurdumu qarış-qarış gəzmək fikirindəyəm. İnşallah, silsilə konsertlərimi Dünya Azərbaycanlılarının Həmrəylik Gününə - 31 dekabr tarixinə qədər reallaşdıracağam".

Xəbər lenti

Xəbər lenti