...

Aygün Kazımova: "Cərrahiyyə əməliyyatından sonra cavanlaşmışam"

Cəmiyyət Materials 6 Noyabr 2007 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /müx. TrendLife Günel Əhmədova/

Aygün Kazımovanın ötən ayın sonunda Sankt-Peterburqa olan səfəri yekunlaşıb. Müğənni artıq Bakıdadır. Müğənni ilə əlaqə yaradan TrendLife-ın müxbiri onun səhhəti ilə maraqlandıqda əməkdar artist: "Özümü əla hiss edirəm. Xarici görünüşümdə hər şey qaydasındadır. Bir neçə gün evdə dincəlməyi düşünürəm. Yaxın günlərdə isə KİV nümayəndələrilə görüşməyi nəzərdə tutmuşam" dedi.

TrendLife onu da öyrəndi ki, Aygün xanım səfərdən öncə yeni mahnı lentə yazdırıb. "Yenə tək" adlanan mahnı ilə reytinqləri qıracağına əmin olan müğənni onu dinləyicilərinə təqdim etməyə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti