Azərbaycan, Bakı, 6 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı
"Space" də efirə gedən "8-104" verilişinin bugünkü qonağı "N-brother" qrupu idi. "N-brother", verilişin formatına uyğun olaraq, öncə tamaşaçıları ifa etdiyi mahnı ilə salamladı.
"8-104"ə qonaq qismində gələn qardaşlar arasında qrupun prodüseri Namiq Qafarovun olmaması tamaşaçıların diqqətindən yayınmadı. Bu səbəbdən də verilişə göndərilən SMS-lərdə "Namiq hardadır?" sualının yazılması təsadüfi deyildi. "N" qardaşlarının açıqlamasından belə məlum oldu ki, bu gün Namiqin oğlunun ad günüdür. Evdə qonaq-qara qarşısına çıxmağa hazırlaşan prodüser bu üzdən verilişdə iştirakını təxirə salmalı olub.
Tamaşaçılar "N-brother"in yaradıcılığındakı yeniliklər barədə də məlumatlandırıldılar. Məlum oldu ki, qardaşlar bu yaxınlarda klip çəklişinə başlayacaqlar: "Pərəstişkarlarımıza demək istəyirik ki, 8 yaşımız tamam olanda solo konsert verməyi planlaşdırırıq. İşlər çoxdur. Bu yaxınlarda diskimiz işıq üzü görəcək".
Bu minvalla davam edən "8-104"ün daha bir efir yayımı başa çatdı.