...

Müğənni Natəvan Həbibi media kapitanları sırasına qoşulmaq istəyir

Cəmiyyət Materials 12 Noyabr 2007 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr/müx. TrendLife Şahin Cavadsoy/

"W trio"qrupunun solistəlrindən biri olmuş estrada ulduzu Röya Ayxanın şef redaktorluq sevdası, həmkarı Natəvan Həbibini də həvəsə salıb. Bildirək ki, "Röya" adı ilə yeni jurnalını yaxın ərəfədə pərəstişkarlarına təqdim edəcək xanım Ayxandan fərqli olaraq, Natəvan virtual dünyada media kapitanı olmaq niyyətini qarşısına məqsəd qoyub:

"Deməzdim ki, Röyadan sonra bu fikrə düşmüşəm. Gənclərin maraqlarına xidmət edən media qurumu yaratmağı çoxdan düşünürdüm. Düşündüklərimi yeni layihəm kimi təqdim etməyimin vaxtı çatıb".

N.Həbibi, hətta yaxın ətrafından belə gizlətdiyi planlarını böyük məmnuniyyətlə TrendLife-a açıqladı:

"Konkret virtual dünyanın sakinlərini-yəni həyatlarını kompütersiz-internetsiz təsəvvür etməyən yuzerləri öz ətrafımda toplamaq niyyətindəyəm".

Müğənni özü deməsə də, öyrənə bildik ki, rəmzi adı "Nata araşdırma mərkəzi" olacaq. Media qurumda, Natəvan Həbibi sosial sahədə, əsasən, gənclərin maraqlarını nəzərə alıb, onların pis vərdişlərə aludə olmamaları üçün külli miqdarda pul xərcləməyini belə göz altına alıb. Odur ki, uğur olsun, Nata!

Xəbər lenti

Xəbər lenti