...

Qarabağ Azadlıq Təşkilatı "Azadlıq" qəzetinin baş redaktorunun həbsini pisləyir

Cəmiyyət Materials 13 Noyabr 2007 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı (QAT) "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun həbsini azad fikrə, müstəqil yazarlara qarşı qəsd kimi qiymətləndirir. Bu barədə QAT-ın Zahidovun həbsi ilə bağlı çərşənbə axşamı yaydığı etiraz bəyanatında bildirilir.

QAT hesab edir ki, Zahidovun həbsi məntiqə, sağlam düşüncəyə sığmır və Azərbaycanın beynəlxalq aləmdə imicinə ziyan vurur: "Ona qarşı qondarma ittiham irəli sürənlər Azərbaycanın maraqlarına xələl gətirir və düşmənlərin dəyirmanına su tökürlər" - deyə QAT-ın bəyanatında bildirilir.

Əlavə olunur ki, Zahidov və onun rəhbərlik etdyi "Azadlıq" qəzeti Azərbaycanda obyektiv ictimai rəyin formalaşması, cəmiyyətin diqqətinin ümummilli problemlərə yönəldilməsi, Qarabağ haqqında həqiqətlərin əks etdirilməsi istiqamətində çox işlər görüb.

Ona görə də QAT Zahidovun müdafiəsi ilə bağlı bütün proseslərdə iştirak edəcəyini bildirir.

"Azadlıq" qəzetinin baş redaktoru qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda ittiham olunaraq Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs edilib.

Əgər ittihamlar sübut olunarsa, baş redaktoru 3 ilə qədər həbs gözləyir.

Zahidov həbsini özünə qarşı hazırlanmış təxribat kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti