...

Azərbaycan paytaxtında olimpiya Bakısı-2016-nın namizədliyini dəstəkləyən yürüş keçiriləcək

Cəmiyyət Materials 14 Noyabr 2007 02:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/. Noyabrın 14-də Azərbaycan paytaxtında olimpiya Bakısı-2016-nın namizədliyini dəstəkləyən yürüş keçiriləcək.

Layihənin təşəbbüskarı Gənclər və İdman Nazirliyinin Bakı şəhər idarəsidir. Tədbirdə müxtəlif növ idman federasiyaları və cəmiyyətlərinin, gənclər təşkilatlarının nümayəndələri, idmançılar, veteranlar və paraolimpiyaçılar iştirak edəcəklər. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) namizəd şəhəri dünya miqyasında reklam etməyə hələ icazə vermədiyi üçün, təbliğat-təşviqat işini ölkə daxilində aparmaqdan ötrü xüsusi materiallar hazırlanmışdır.

Qeyd etmək lazımdır ki, yürüş İdman Sarayından başlanacaq və Dəniz sahilindəki Milli parkda başa çatacaq.

Xəbər lenti

Xəbər lenti