...

Prodüser Tolikdən gurultulu açıqlamalar

Cəmiyyət Materials 14 Noyabr 2007 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /müx. TrendLife Cavid Osmanov/

"Show time" mahnı yarışmasının beşinci buraxılışında Mr.Tolik bəyan etdi ki, müsabiqəni tərk edir və bir daha müsabiqədə çıxış etməyəcək. Lakin dediyi sözlərə ramən, həftənin birinci günü müsabiqəyə gəlib, iştirakçılarını dəstəklədi. TrendLife da fürsətdən istifadə edib, Mr.Tolikə yaxınlaşıb ondan bəzi suallara cavab aldı.

-Bir şeyi başa düşdüm ki, əgər müsabiqəni tərk etmiş olsam, özümü zəif göstərmiş olaram. Bu sadəcə şoudur. Və mən isər oyunda, istər həyatda məğlub olmağa adət etməmişəm. Sona qədər mübarizə aparacam.

-Bəs iştirakçılarınızın çıxışı barədə nə deyə bilərsiniz?

-Ümumilikdə, pis deyil. Mənim qızlarımdan biri az SMS toplayıb. Lakin bu hələ son demək deyil. Mən beşinci gün elə bir hərəkət edəcəm ki, hamı təəccüblənəcək. Çünki ürəyimdə kin qalıb. Yəni qəlbimə dəyən insanı layiqincə tənbeh edəcəm.

Xəbər lenti

Xəbər lenti